Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb. Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb.
  • Toplum
  • 19 Noyabr 2018 16:36
  •  1 474

Bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi ev 3-a, mənzil 48-də baş verib.

Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Süleymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar.

Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

© AzNews.az