Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 20 Noyabr 2018 09:39
  •  1 299

Yük maşını “Daewoo”nu əzib keçdi - Cəsədi zorla çıxardılar...

Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib

Qaradağ rayonu ərazisində yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, nəticədə 1962-ci il təvəllüdlü Vəliyeva Gülgəz Əliağa qızı dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1962-ci il təvəllüdlü Vəliyeva Gülgəz Əliağa qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Bahar RÜSTƏMLİ
AzNews.az