"Məcburiyyətdən bunu edirlər" "Məcburiyyətdən bunu edirlər"
  • Toplum
  • 21 Noyabr 2018 15:41
  •  1 662

İnsanları yolundan edən mağarlar VİDEO

"Məcburiyyətdən bunu edirlər"

Həyətlərdə, küçələrdə qurulan mağarlar və onların yollarda yaratdıqları çətinliklər...

Söhbət yas mərasimləri üçün qurulan çadırlardan gedir.

ARB TV xəbər verir ki, çox vaxt mağarlar elə qurulur ki, həmin küçədə avtomobillərlə hərəkət etmək günlərlə mümkünsüz olur.

Sakin: “Elə yerlər var ki, yolu təmiz kəsirlər. Başqa yollarla getməyə məcbur oluruq”.

Sakin: “Bir küçədə bir mağar yeri varsa, ona heç kəs heç nə deyə bilməz”.

Musa Quliyev – millət vəkili: “Yas mərasimi həmrəylik mərasimidir. Sənə həmrəy olanlarla bərabər sənin əziyyət verdiyin insanlar da olacaq. Onların yolları bağlanır. Kimisi həkimə gedir, kiminsə təcili işi var. Qatara, təyyarəyə gecikir ”.

Mağarın yanında bir maşının keçəcəyi qədər yerin qoyulması əksər yerlərdə mümkündür, lakin...

Naqif Həmzəyev – millət vəkili: “Məcburiyyətdən bunu edirlər. Ona görə də biz xüsusi mərasim zallarının sayını artırmalıyıq ki, belə halların qarşısı alınsın. Bəzi şadlıq evləri oranı mərasim zalı kimi də istifadəyə versələr həm biznes baxımından əlverişli olar, həm də belə çətinliklər azalar. Bu, həm tıxac yaradır, həm də vətəndaşlara əziyyətdir”.

Millət vəkilləri çadır, mağar ənənəsindən çıxmaq üçün marifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac olduğu qənaətindədirlər.

AzNews.az