Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini uzadıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini uzadıb.
  • Toplum
  • 3 Yanvar 2019 10:52
  •  3 925

Gücləndirilmiş iş rejimi yanvarın 5-nə qədər uzadıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini uzadıb.

Bu barədə DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib:

"Bu gündən etibarən rəsmi iş günü olsa da, bayramda regionlarımızda dincəlməyə həftəsonuna qədər davam edən sərnişinlərimiz üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzatdıq.

Bir daha xahiş edirik ki, biletlərinizi avtovağzallarımızın kassalarından əldə edəsiniz. Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşaiyət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir. Yolunuz açıq olsun!"(trend.az)

© AzNews.az