Hazırda isə dağlıq rayonlarda qar yağır Hazırda isə dağlıq rayonlarda qar yağır
  • Toplum
  • 18 Yanvar 2019 13:02
  •  1 547

Havalar istiləşəcək

Hazırda isə dağlıq rayonlarda qar yağır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, hazırda respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur. Dağlıq rayonlarda qar yağır.

Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Səidə Nurməmmədli
AzNews.az