• Toplum
  • 23 Yanvar 2019 15:50
  •  547

“Əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur”

Bu məsələ barədə danışmaq tezdir.

Azərbaycanda gender məsələləri ilə bağlı qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər var.

Bunu Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Avropa Şurasının və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təşkil olunan təlimdə bildirib.

Onun sözlərinə görə, məsələ barədə danışmaq tezdir:

“Ümid edirik ki, “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin nəticələri tövsiyə kimi qalmayacaq, real qanunvericilik praktikasında öz əksini tapacaq. Dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin bu layihəyə dəstəyi göstərir ki, Azərbaycanda bu məsələyə diqqət verilir və gender bərabərliyi məsələlərində gələcəkdə irəliləyişlərə nail olunacaq”.

Səfir qeyd edib ki, gender bərabərliyinə Avropa məkanında bir neçə ölkədə müvəffəq olunur:

“Əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur. Bu istiqamətdə bir çox addımlar atılır, ictimai mübarizə aparılır. Azərbaycan da istisna deyil.

Deyə bilmərik ki, gender bərabərliyi sahəsində oturuşmuş Avropa modeli var və Azərbaycan onu tətbiq etməlidir. Bütün Avropa ölkələrində bu sahədə müzakirələr, ictimai mübarizə gedir. Heç kim mükəmməl deyil. Ümid edirik ki, bu layihə önəmli töhfələrimizi verməyə imkan yaradacaq”.(oxu.az)

© AzNews.az