Allahşükür Paşazadə Moskvaya səfərə gedir. Allahşükür Paşazadə Moskvaya səfərə gedir.
  • Toplum
  • 28 Yanvar 2019 12:16
  •  2 202

Şeyxülislam Moskvaya gedir

Allahşükür Paşazadə Moskvaya səfərə gedir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə yola düşür.

Bu barədə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimlərə Patriarx Kirilin şəxsi dəvəti əsasında baş tutur.

Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək tədbirlərdə görüşləri nəzərdə tutulub.

© AzNews.az