- Toplum
- 7 Fevral 2019 18:11
- 11 167
Seymur Nəsirov təltif olunub
Azərbaycanla Misir arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov Misir Parlament sədrinin birinci müavini və seyyidlərin həmkarlar ittifaqının sədri cənab əl-Seyyid əl-Şərif tərəfindən Azərbaycanla Misir arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə təltif olunub.
AzNews.az xəbər verir ki, fevral ayının 4-5 də Misirdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Misirin ən böyük alimləri, nüfuzlu din xadimləri və siyasi şəxslərlə görüşlər keçirib.
Qeyd edək ki, diaspora sədri S.Nəsirov hazırda Misirdə təhsil alan 60 ölkədən olan 1100 dən çox tələbəyə rəhbərlik edir. 21 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250-dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. O, Qahirə Universitetində Azərbaycan dilini tədris edir.
AzNews.az