Qaliblər diplom və hədiyyələrlə mükafatdırılacaq Qaliblər diplom və hədiyyələrlə mükafatdırılacaq
  • Toplum
  • 13 Fevral 2019 15:15
  •  2 210

BDU məzunları üçün müsabiqə elan etdi

Qaliblər diplom və hədiyyələrlə mükafatdırılacaq

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə öz məzunları arasında “BDU xatirələrdə” adlı müsabiqə elan edir.

AzNews.az xəbər verir ki, universiteti müxtəlif illərdə bitirmiş məzunlar təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.

Məzunlar “BDU xatirələrdə” mövzusunda hazırladıqları yazıları özləri haqqında məlumatla birlikdə (ad, soyadı, ata adı, təhsil aldığı fakültə və təhsil aldığı illər, ixtisası, əlaqə telefonu qeyd olunmalı) mövzu yerinə “BDU xatirələrdə” yazmaqla 30 iyun 2019-cu ilə qədər press-service@bsu.edu.az ünvanına göndərməlidirlər.

Xatirələrin müxtəlif mətbu orqanlarında çap olunması və yayımı nəzərdə tutulub.

Müsabiqə qalibləri Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş universitet məzunlarının Forumuna, eyni zamanda, yubiley tədbirinə dəvət ediləcək, Təşkilat Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatdırılacaqlar.

Səidə Nurməmmədli
AzNews.az