Hazırda Nihadın aqibəti məlum deyil Hazırda Nihadın aqibəti məlum deyil
  • Toplum
  • 10 Aprel 2019 11:19
  •  2 518

Bakıda qəbristanlıqda dəhşət: 11 yaşlı oğlanı döyüb, sonra... şok - VİDEO

Hazırda Nihadın aqibəti məlum deyil

Bakı şəhərində yaşayan 11 yaşlı Mehdiyev Nihad itkin düşüb.

AzNews.az xəbər verir ki, Nihadın anası oğlunun tapılması üçün "Səni axtarıram" verilişinə müraciət edib. Bildirib ki, oğlu bazar günü səhər saatlarında evdən çıxıb bir daha geri qayıtmayıb.

Ana oğlunun itkin düşməsindən iki gün öncə bədənində zədə izlərini gördüyünü söyləyib:

"Çimizdirəndə gördüm ki, bədəni gömgöydü. Soruşdum kim edib? Mənə dedi ki qorxuram, deyə bilmərəm. Sonra bildim ki, onu qəbristanlığa aparıb döyüblər".

Aynur

AzNews.az