• Toplum
  • 10 Aprel 2019 12:03
  •  3 077

Elinanın atasının səs yazısı yayıldı - VİDEO

Həkim Elinanın vəziyyətinin yaxşı olduğunu bildirir

İntihar edən 15 yaşlı məktəbli Elinanın daha bir görüntüsü yayılıb. Sosial mediada yayılan kadrlarda onun atasının həkimə göndərdiyi səs yazısı da yer alıb.

AzNews.az xəbər verir ki, ata həkimdən qızının səhhəti barədə məlumat alır. Həkim isə vəziyyətinin yaxşı olduğunu bildirir.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Aynur

AzNews.az