Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
  • Toplum
  • 15 Aprel 2019 23:26
  •  2 153

Bakıda zəncirvari qəza - FOTO

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Ziya Bünyadov prospektinın Nərimanov rayonu ərazisinə düşən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Hyundai" markalı avtomobilin sürücüsü tuneldən çıxarkən qəfil əyləcdən istifadə edib.

Daha sonra arxadan gələn "Mercedes", "Daewoo", "Kia", "Toyota" avtomobilləri ard-arda bir birinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da 3 avtomobil deformasiyaya uğrayıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar prospektin Qələbə dairəsindən Ayna Sultanova heykəli istiqamətində tıxac yaranıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Avtomobillər cərimə meydançasına yerləşdirilib. (ona.az)

AzNews.az

image description image description image description