Qaradağ rayonunda ölüm hadisəsi qeydə alınıb Qaradağ rayonunda ölüm hadisəsi qeydə alınıb
  • Toplum
  • 16 Aprel 2019 09:19
  •  1 915

82 yaşlı kişi evində dünyasını dəyişdi - Qapını FHN açdı

Qaradağ rayonunda ölüm hadisəsi qeydə alınıb

Evində köməksiz qalan 82 yaşlı kişi vəfat edib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açanda orada 1937-ci il təvəllüdlü Abbasov Səfəralı Şəkəralı oğlunun meyiti ilə qarşılaşıb.

AzNews.az