• Toplum
  • 18 Aprel 2019 13:29
  •  764

Vəkillər üçün vergi hüququ və inzibati hüquqa dair təlimlər keçirildi

Bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulub

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulub.

Bu tədbirlərin davamı olaraq, vəkillər üçün 12.04.2019-cu il tarixdə “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda, 16.04.2019-cu il tarixdə isə “Vergi Məcəlləsinə edilən son dəyişikliklər (hüquqi və iqtisadi istiqamətlərdə)” mövzusunda seminarlar keçirilib.

Seminarlarda ekspert qismində müvafiq olaraq inzibati hüquq üzrə təlimçilərdən olan Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usub, o cümlədən, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin Maliyyə və təchizat şöbəsinin müdiri Elçin Paşayevin mühazirələri dinlənilmiş, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Gələcəkdə Vəkillər Kollegiyası üzvləri üçün bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.(barassociation.az)

AzNews.az