"İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb" "İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb"
  • Toplum
  • 20 Aprel 2019 19:53
  •  2 087

Bakının mərkəzi küçələrində təhlükəli durum yarandı - VİDEO

"İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb"

Bakının mərkəzi küçələrində işıqforlar işləmir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, işıqforlardakı nasazlıq səbəbindən iki küçədə qəza şəraiti yaranıb.

Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsində işıqforun fəaliyyətindəki nasazlıqlar nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradıb. İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb.

Bu problem, piyada zolağından istifadə edən sakinlərin həyatı üçün də təhlükəli vəziyyət yaradıb.

Digər analoji hadisə isə Nəsimi rayonunun 28 May küçəsində yaşanıb. Belə ki, işıqforun işləməməsi səbəbindən yolu keçmək istəyən piyadalar təhlükə ilə üzləşiblər. Bu da sürücü və piyadalar arasında çaşqınlıq yaradıb. (report)

AzNews.az