Bakının mərkəzi prospektlərindən birində 3 nəqliyyat vasitəsi toqquşub Bakının mərkəzi prospektlərindən birində 3 nəqliyyat vasitəsi toqquşub
  • Toplum
  • 23 Aprel 2019 11:58
  •  1 780

Bakının mərkəzində zəncirvari qəza - FOTOLAR

Bakının mərkəzi prospektlərindən birində 3 nəqliyyat vasitəsi toqquşub

Hadisə bu gün Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə şahidləri bildiriblər ki, qəza şəhər istiqamətində hərəkətdə olan avtomobillər ara məsafəsini düzgün saxlamadığına görə baş verib. Belə ki, "Mercedes E-class" markalı maşın "Toyota Prado"ya, "Toyota" isə qarşıda olan digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Qəza səbəbindən prospektin köməkçi yolunda bir müddət tıxac yaranıb.(trend.az)

AzNews.az

image description image description image description