Professor Arif Mustafayev dünyasını dəyişib Professor Arif Mustafayev dünyasını dəyişib
  • Toplum
  • 23 Aprel 2019 14:37
  •  2 115

BDU-nun professoru dünyasını dəyişdi

Professor Arif Mustafayev dünyasını dəyişib

Bakı Dövlət Universiteti Tarix fakültəsinin Arxeoloji və etnoqrafik tədqiqatlar bölməsinin müdiri, tarix elmləri doktoru, professor Arif Mustafayev dünyasını dəyişib.

A.Mustafayev 15 iyul 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində doğulub, 1956-cı ildə Qazax Pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirib.

O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olub, ali təhsili 1961-ci ildə fərqlənmə diplomu ilə başa çatdırandan sonra Kürdəmirə tarix müəllimi göndərilib.

1965-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda "etnoqrafiya" ixtisası üzrə əyani aspirant olub.

1961-1963-cü illərdə orduda hərbi xidmətdə olub, 1964-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində senzor işləyib.

1968-1975-ci illərdə Tarix İnstitutunun etnoqrafiya şöbəsində kiçik elmi işçi işləyib. 1975-1978-ci illərdə İnstitutun nəzdində yaranmış Arxeologiya və etnoqrafiya sektorunda elmi katib, 1978-1979-cu illərdə baş elmi işçi vəzifələrində çalışıb.

1989-2001-ci illərdə BDU Tarix fakültəsi nəzdində Azərbaycanın Maddi Mədəniyyət tarixi ETL-in müdiri, 2001-ci ildən sonra BDU-nun Arxeoloji və Etnoqrafik tədqiqatlar bölməsinin müdiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin! (trend.az)

AzNews.az