Ehtiyatsızlıq nəticəsində onun üzərinə qaynar su tökülüb. Ehtiyatsızlıq nəticəsində onun üzərinə qaynar su tökülüb.
  • Toplum
  • 24 Aprel 2019 22:43
  •  1 913

Sumqayıtda azyaşlı qaynar suda yandı - Vəziyyəti ağırdır

Ehtiyatsızlıq nəticəsində onun üzərinə qaynar su tökülüb.

Sumqayıtda 4 yaşlı uşaq yanıq xəsarəti alıb.

Hadisə şəhərin “Yaşma bağları” yaşayış massivində baş verib.

Bildirilir ki, 2015-ci il təvəllüdlü Baxışova Nəzrin Vüsal qızının ehtiyatsızlıq nəticəsində üzərinə qaynar su tökülüb və o yanıq xəsarətləri alıb.

Dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan azyaşlıya tibbi yardım göstərilib.

Vəziyyəti orta-ağır olduğundan 4 yaşlı uşaq Bakıya Yanıq Mərkəzinə göndərilib. (ona.az)

AzNews.az