Yanan evlərdə yaşayış olmayıb Yanan evlərdə yaşayış olmayıb
  • Toplum
  • 26 Aprel 2019 09:34
  •  1 527

Sumqayıtda taxta evlər yandı

Yanan evlərdə yaşayış olmayıb

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlər (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az