Bakının Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Bakının Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 26 Aprel 2019 12:49
  •  2 102

Bakıda iki maşın toqquşdu - Ölən var

Bakının Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Xəsarət alan hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilmiş, N.Məmmədov orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az