O, yeni vəzifəsində Nizaməddin Eminovu əvəz edib O, yeni vəzifəsində Nizaməddin Eminovu əvəz edib
  • Toplum
  • 15 May 2019 15:08
  •  2 170

Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edildi

O, yeni vəzifəsində Nizaməddin Eminovu əvəz edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib.

Bu, indiyə qədər ADY-nin Sərnişindaşıma departamentinin baş mühəndisi olan Ramin Abdullayevdir.

O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib.

Qeyd edək ki, R.Abdullayev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub.(report.az)

AzNews.az