Məktəbdən dəfələrlə şəhər polis və prokurorluq orqanlarına şikayətlər daxil olub Məktəbdən dəfələrlə şəhər polis və prokurorluq orqanlarına şikayətlər daxil olub
  • Toplum
  • 18 İyun 2019 15:56
  •  3 272

Nazir direktoru işdən çıxardı

Məktəbdən dəfələrlə şəhər polis və prokurorluq orqanlarına şikayətlər daxil olub

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil naziri Ceyhun Bayramovun əmri ilə tutduğu vəzifədən azad olunub.

Məktəb direktorunun vəzifəsindən azad olunmasına vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyi səbəb olub.

Belə ki, direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrində müəllimlərin məcburi şəkildə iştirak etmələri təmin olunub. Bununla yanaşı məktəbdən dəfələrlə şəhər polis və prokurorluq orqanlarına, o cümlədən şəhər təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisədində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru işdən çıxarılıb.(qafqazinfo.az)

AzNews.az

image description