Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır. Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.
  • Toplum
  • 20 İyun 2019 14:56
  •  2 974

Metronun “Nizami” stansiyasındakı eskalatordan biri təmirə bağlandı

Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.

"Bakı Metropoliteni" QSC-nin “Nizami” stansiyasıdakı “LT-3” tipli 3 saylı eskalatorda əsaslı təmir işlərinə başlanılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110 min km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

Bir qədər əvvəl metronun “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri də başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.

image description