Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
  • Toplum
  • 20 İyun 2019 22:49
  •  4 648

Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən körpünün yaxınlığında qeydə alınıb.

Rayonun Sarvan kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Əmrah Füzuli oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən digər maşınla toqquşub. Nəticədə “Mercedes”in sürücüsü və avtomobildə olan Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri - Bəhrəmov Kazım Qasımxan oğlu və onun oğlu Bəhrəmov Elvin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)