"Bu, bizim üçün çox əhəmiyyətlidir" "Bu, bizim üçün çox əhəmiyyətlidir"
  • Toplum
  • 25 İyun 2019 17:09
  •  2 319

Azərbaycan Monteneqroda ticarət evi açacaq

"Bu, bizim üçün çox əhəmiyyətlidir"

“Bu gün biz Monteneqroda Azərbaycan Ticarət Evinin yaradılması ilə bağlı razılığa gəldik”.

Bunu Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç deyib.

Onun sözlərinə görə, bu vaxta qədər Azərbaycanın Monteneqroda mədəniyyət mərkəzi fəaliyyət göstərib: "Bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki burada mədəni məlumat mübadiləsi və mədəniyyətlə bağlı təqdimatlar keçirilir. Azərbaycan Ticarət Evinin yaradılması hesabına isə həm Azərbaycan, həm də Monteneqro şirkətləri özlərini burada təşviq etmək imkanı qazanacaq, həm də hər iki ölkə gələcək investisiya imkanlarını təqdim edəcəklər".(report.az)

AzNews.az