Sabunçu rayonunda piyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib Sabunçu rayonunda piyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 8 İyul 2019 23:51
  •  2 465

Bakıda 32 yaşlı kişini avtomobil vurub

Sabunçu rayonunda piyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağayev Bəhruz Balamirzə oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki baldır sümüyünün sınığı diaqnozu qoyulub. B.Ağayev təcili olaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Ryaon Polis İdarəsində araşdırma aparılır. (APA)