Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12148-i gənclər olub Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12148-i gənclər olub
  • Toplum
  • 13 İyul 2019 11:56
  •  1 822

54 minə yaxın şəxs işlə təmin edildi - Son 6 ayda

Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12148-i gənclər olub

2019-cu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 53 943 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Onlardan 18877-ni qadınlar təşkil edib.

AzNews.az xəbər verir ki, bu dövrdə gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Gənclərlə bağlı aktiv məşğulluq tədbirləri geniş miqyas alıb. Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12148-i gənclər olub.

Həmçinin cari ilin birinci yarımilində Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğu təmin edilən vətəndaşların 3171-ni məcburi köçkünlər, 1543-nü isə əlilliyi olan şəxslər təşkil edib.

Səidə Vahid

AzNews.az