- Toplum
- 17 İyul 2019 23:19
- 2 218
Bakıda 55 yaşlı kişini və 60 yaşlı qadını avtomobil vurub
Bakıda iki piyadanı avtomobil vurub. Onlar biri Bakının Qaradağ, digəri isə Nəsimi rayonunda baş verib
Qaradağ rayonunda baş vermiş avtoqəza zamanı 1964-cü il təvəllüdlü Hüseynov Fərman Əlisa oğlu Sədərək ticarət mərkəzində avtomobil zərbəsinə tuş gəlib.
Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsində qeyə alınmış yol qəzasında isə 60 yaşlı İbrahimova Rövşanə Məmməd qızı xəsarət alıb.
Avtomobil zərbəsi nəticəsində xəsarət alan hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)