Ətrafdakıların köməkliyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb Ətrafdakıların köməkliyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb
  • Toplum
  • 19 İyul 2019 10:10
  •  1 778

Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapıldı

Ətrafdakıların köməkliyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb

Pirşağı çimərliyində dənizdə batan gənclərdən birinin meyiti tapılıb.

Bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlumata görə, rayonun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib.

Ətrafdakıların köməkliyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb, 2-si isə batıb.

Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.(report.az)

AzNews.az