• Toplum
  • 23 İyul 2019 10:30
  •  713

Davamlı yuxusuzluq ömrü qısaldır, ölüm riskini artırır - Həkim rəyi

Yaddaş və diqqət pozulur

Yay mövsümündə yuxusuzluq problemini yaradan səbəblər hansılardır? Yuxusuzluğun insan orqanizminə nə kimi zərərləri ola bilər?

Bu suallar yəqin ki, hər zaman hamımızı düşündürüb. Yay fəslində günlər uzanır, gecələr qısalır və temperaturun da artması bir çox insanlarda yuxunu pisləşdirir.

Mövzunu həkim Xuraman Rəcəbova ilə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında yay aylarında yuxusuzluğun bir çox səbəblərindən söz açdı:

1.İsti - rahat yuxu üçün otaqdakı temperatur 21-23 dərəcə olmalıdır. Yatmazdan əvvəl ilıq duş almaq məsləhətdir, bu, bədəni sərinlədir və rahatladır.

2.İşıq - gün ərzində günəş şüaları və əlavə olaraq axşamlar evdə elektrik işıqları sinir sisteminin normadan artıq qıcıqlandırır. Bundan əlavə bayırdakı gün ərzində səs-küy, həşəratlar və.s. sinir sisteminin normadan artıq yüklənməsinə və yorulmasına səbəb olur.

3.Maye - isti aylarda suya tələbat artır. Gecələr susuzluqdan yuxudan oyanmamaq üçün gün ərzində tələbata uyğun maye qəbul edin. Suyu normadan artıq qəbul etməyin ki, gecələr sidiyə çıxmaq tələbatına görə yuxunuz pozulmasın.

4.Qida - isti havalarda yüksək kalorili, yağlı, xəmir yeməklərindən (xüsusən də gecələr yuxudan əvvəl yeməyin) uzaq durun.

5.Alkoqol - sinir sistemini oyadır və yuxunu pozur.

6.Aktivliklər - yatmazdan əvvəl ağır zehni işlərlə və ağır fiziki işlərlə (fitness, ev işləri və.s) məşğul olmaq olmaz yuxunu pozur. Sadəcə təmiz havada sakit templi gəzinti olar.

7.Yataq - rahat yuxu üçün yatağınız, yastığınız rahat olmalıdır. Yataq dəsti-pambıq, çit, kətan, ipək kimi materiallardan olmalıdır. Sintetik materiallar istilik mübadiləsini pozur və yuxusuzluğa səbəb olur.

Həkim yuxusuzluğun insana zərərlərindən də danışdı:

1.Yuxusuzluq insan ömrünü qısaldır. Elmi tədqiqatlarla sübut olunub ki, davamlı yuxusuzluq ömrü qısaldır, ölüm riskini artırır.

2.Yuxusuzluq tez qocalmağa, dərinin sallanmasına və qırışmasına səbəb olur.

3.Yaddaş və diqqət pozulur.

4.Zehni və fiziki iş qabiliyyəti azalır.

5.İmmunnitet zəifləyir.

6.İnsanda psixi dəyişikliklər (əsəbilik, depressiya və.s) yaranır.

7. Davamlı yuxusuzluq olarsa, ağrıya həssaslıq, iltihabi xəstəliklər, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, piylənmə və.s bu kimi xəstəliklərin rastgəlmə tezliyi artır.

Sağlamlıq üçün yuxu vacibdir. Yaxşı yuxu üçün gündəlik yuxu rejimini qorumaq lazımdır.

Səidə Vahid

AzNews.az

image description