Kəsim zamanı heyvanın qanı və digər axıntılar kanalizasiya vasitəsilə kənarlaşdırılacaq Kəsim zamanı heyvanın qanı və digər axıntılar kanalizasiya vasitəsilə kənarlaşdırılacaq
  • Toplum
  • 25 İyul 2019 13:52
  •  3 247

Bakıya 30 çadır tipli heyvan kəsimi məntəqələri gətirildi - Qurban bayramına hazırlıq

Kəsim zamanı heyvanın qanı və digər axıntılar kanalizasiya vasitəsilə kənarlaşdırılacaq

Qurban bayramında 30 çadır tipli heyvan kəsimi məntəqəsi istifadəyə veriləcək.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qurum bəyan edib ki, çadır tipli kəsim məntəqələr dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanan drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək.

Çadır tipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla təchiz edilib.

Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar ərazidən daşınacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az