2019-cu ilin I yarımilliyi ərzində Azərbaycanda baş vermiş yanğın hadisələri içərisində təhqiqatı aparılmış yanğınların sayı 1140 olub 2019-cu ilin I yarımilliyi ərzində Azərbaycanda baş vermiş yanğın hadisələri içərisində təhqiqatı aparılmış yanğınların sayı 1140 olub
  • Toplum
  • 25 İyul 2019 20:32
  •  2 440

Bu il Azərbaycanda yanğın hadisələri zamanı 36 nəfər həlak olub

2019-cu ilin I yarımilliyi ərzində Azərbaycanda baş vermiş yanğın hadisələri içərisində təhqiqatı aparılmış yanğınların sayı 1140 olub

Yanğın hadisələri zamanı 36 nəfər həlak olub, 116 nəfər xəsarət alıb ki, bu da ötən ilin I yarımilliyi ilə müqayisədə yanğından həlak olanlar üzrə 18 nəfər və ya 33% azdır, xəsarət alanlar üzrə 30 nəfər və ya 35% çoxdur.

Qeyd olunan müddət ərzində respublika ərazisində 23 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 2 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 8 nəfər həlak olub, 27 nəfər xəsarət alıb. (Trend)