Bakı metrosunda saçyoldu - Sənəd verməyə gələn tələbə döyüldü

Tələbə atasına “gedək buralardan” deyə qışqırıb

Bu gün səhər saatlarında Bakı metrosunda insident yaranıb.

AzNews.az xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.

AzNews.az-ın əməkdaşının gözləri qarşısında baş verən insident Qax rayonundan tələbə adını alan və Bakıya universitetə sənəd verməyə gələn tələbə ilə orta yaşlı qadın arasında yaşanıb.

Stansiyada qatar dayanan anda qadın tələbənin üstünə hücum çəkərək saçlarını yolub.

Bunu görən ata qızını qadının əlindən almaq istəyib. Lakin qarşı tərəfdən tələbə qıza atılan yumruqların bir neçəsi kişiyə dəyib.

Qorxudan rəngi saralan tələbə gözyaşı içində üzünü atasına tutaraq “gedək buralardan” deyə qışqırıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadına izahat verməsini istəyib.

AzNews.az