Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 449,3 manat təşkil edib Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 449,3 manat təşkil edib
  • Toplum
  • 20 Avqust 2019 22:46
  •  2 293

Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 449,3 manat təşkil edib

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. 2019-cu ilin yanvar-iyul aylarında 253 milyon 361 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 221 milyon 587 min 800 ABŞ dolları təşkil edib, 189 milyon 814 min 600ABŞ dolları dəyərində müsbət saldo yaranıb.