Daşkəsən rayonunda güclü külək əsib, dolu və leysan yağış yağıb Daşkəsən rayonunda güclü külək əsib, dolu və leysan yağış yağıb
  • Toplum
  • 25 Avqust 2019 21:02
  •  1 719

Daşkəsəndə güclü külək fəsadlar törədib

Daşkəsən rayonunda güclü külək əsib, dolu və leysan yağış yağıb

Leysan yağışla müşayiət olunan güclü külək nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin bəzi yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik dirəklərinə, o cümlədən elektrikötürücü xətlərə, habelə fərdi təsərrüfatlara ziyan dəyib.

Güclü külək habelə Daşkəsən şəhərində xeyli sayda ağacın budaqlarını qırıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən bərpa işləri aparılır və dəymiş ziyanın nəticələrini aradan qaldırmaq, təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar cəlb olunub. (Report)