Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir
  • Toplum
  • 18 Sentyabr 2019 12:55
  •  1 850

Ekspert şagirdlərin gediş haqqından azad edilməsi ilə bağlı qurumlara müraciət etdi

Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir

Yeni tədris ili başlar-başlamaz çox ciddi bir məsələ gündəmə gəlib. Şagirdlərin gediş haqqı problemi. Buradan Nazirlər Kabinetinə, Milli Məclisin deputatlarına, Təhsil Nazirliyinə, Bakı Nəqliyyat Agentliyinə müracət edirəm.

AzNews.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb.

Ekspert öz müraciətində aidiyyəti qurumlardan orta məktəblərdə oxuyan şagirdlərin gediş haqqından azad edilməsi ilə bağlı addım atılmasını istəyir:

"Düzdür, 6 yaşdan yuxarı uşaqlar nəqliyyat xərci ödəməlidirlər. Bu qərar Nazirlər Kabinetinin qərarında da öz əksini tapır. Sadəcə olaraq sürücülərə tapşırın ki, məktəbli uşaqlara güzəşt etsinlər. Çünki bir ailədə bir neçə şagird təhsil alır və onlar hər gün gediş haqqı ödəyirlər.

Bu gün xoşagəlməz bir hadisə baş verib. Bakubus-un sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib. Bəli, bu onun vəzifə borcudur. Bəs insanlıq? Ana imkanı olmadığını bildirsə də sürücü onları avtobusdan düşürüb.

Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir. Gələcəyin şəxsiyyətlərinə belə davranmayın.

Ümid edirəm ki, Bakı Nəqliyyat Agentliyi və bu kimi qurumlar elə günü bu gün avtobus sürücülərinə müraciət edəcək ki, şagirdlərdən gediş haqqı tələb olunmasın".

Səidə Vahid

AzNews.az