Ona kəllə-beyin travması və qasıq sümüyünün sınığı diaqnozu qoyulub Ona kəllə-beyin travması və qasıq sümüyünün sınığı diaqnozu qoyulub
  • Toplum
  • 18 Sentyabr 2019 23:26
  •  1 691

Yolu keçən gənc qızı maşın vurdu

Ona kəllə-beyin travması və qasıq sümüyünün sınığı diaqnozu qoyulub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qaradağ rayonunda, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Qədirova Xanpəri Umud qızı yolu keçərkən avtomobil vurub.

Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb.

Ona kəllə-beyin travması və qasıq sümüyünün sınığı diaqnozu qoyulub.(report.az)

AzNews.az