Selcan dürüst və güclüdür Selcan dürüst və güclüdür
  • Toplum
  • 20 Sentyabr 2019 11:48
  •  3 353

Xədicə Fuad Qəhrəmanlıya "əclaf" dedi - “Müdafiə etməyə yer yoxdur”

Selcan dürüst və güclüdür

“Fuad Qəhrəmanlı özündə cəsarət tapıb, üzr istəyə, qəzəbini qızını linç edənlərə yönəldə bilərdi, amma bir də yalan danışmağı rəva gördü”.

AzNews.az xəbər verir ki, bunu tanınmış jurnalist Xədicə İsmayıl AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının ailəsində baş verən qalmaqaldan danışarkən deyib. O, sosial şəbəkədə Selcan Yağmuru itttiham edən cəbhəçilərə müraciət edib:

“Biri cəbhəçilərə desin ki, bu mövzuda Selcana hücum çəkmək çox ayıbdır. Onların şərhləri ilə partiyalarına vurduqları ziyan daha böyükdür.

Selcan dürüst və güclüdür. İntellektual bazası da çoxlarından yüksəkdir. Bu partiya olayı deyil, o zaman bir zəhmət, cəbhəçilər yığışsın söhbətdən. Cinayətkara sahib çıxan cinayətə də sahib çıxır”.

Bundan əlavə Xədicə İsmayıl illərdir ki, çiyin-çiyinə addımladığı Fuad Qəhrəmanlını olanlara görə təhqir edib. Selcan Yağmur atası Fuad Qəhrəmanlının “qızımın profili oğurlanıb” açıqlaması ilə bağlı sosial şəbəkədə yaydığı videosunu paylaşıb. Həmin video linkin altında rəy bölümündə Xədicə İsmayıl “sevirəm də sizi” deyə qeyd edib. AXCP-nin Məclis üzvü Sahib Rüstəmlinin “valideynin üzünə ağ olduğuna görəmi sevirsiniz” sualına jurnalistin cavabı belə olub: “Cəsarəti olub bir əclafın elədiklərini dediyinə görə. Bu olayda o valideyni müdafiə etməyə yer yoxdur”,-deyə bildirib.

Qeyd edək ki, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur sosial şəbəkədə ailəsində olan hadisələrlə bağlı məktub yayıb. O, məktubda anasının illərdir şiddətə məruz qaldığını deyib.

Xatırladaq ki, Zümrüd Yağmur qızına Hollandiyada verdiyi dəstəyə görə Xədicə İsmayıla təşəkkür edib.

AzNews.az