Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək
  • Toplum
  • 23 Sentyabr 2019 08:31
  •  2 453

Bu gün payız Azərbaycana daxil olur

Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.

Alimin sözlərinə görə, həmin gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qeyd edək ki, qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.