- Toplum
- 17 Oktyabr 2019 21:03
- 2 283
Ağstafada itkin düşən ruhi xəstə Bakıda tapıldı

Qadın hazırda ev şəraitində müalicə olunur
Ağstafa rayonunda itkin düşən qadın Bakıda tapılıb.
Hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, ruhi xəstə Bayramova Qələmkar Məhəmməd qızı bu il sentyabrın 12-də yaşadığı evdən çıxaraq itkin düşüb.
Qadın oktyabrın 14-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalından oğlu Bayramov Məhəmməd Yasin oğlu tərəfindən tapılıb.
Qadın hazırda ev şəraitində müalicə olunur.(trend.az)
AzNews.az