Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır
  • Toplum
  • 19 Oktyabr 2019 00:00
  •  2 345

Bakıda tələbəni maşın vurdu

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır

Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "Zil" markalı yük avtomobili yolu keçmək istəyən piyada, 1999-cu il təvəllüdlü Feyzullayeva Məlahət Qüdrət qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Məlumata görə, M.Feyzullayeva tələbədir. O, dərsdən çıxan zaman onu yük avtomobili vurub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)

AzNews.az