- Toplum
- 22 Oktyabr 2019 22:32
- 3 155
40 yaşlı kişi 9-cu mərtəbədən yıxıldı
 
            Yaralı reanimasiyaya yerləşdirilib
Bakıda bədbəxt hadisə baş verib.
Hadisə Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Novruzov Ramin Fazil oğlu yeni tikilən hündürmərtəbəli binadan yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.(report.az)
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            