Müraciət etmək istəyənlər bu ünvana gələ bilər Müraciət etmək istəyənlər bu ünvana gələ bilər
  • Toplum
  • 5 Noyabr 2019 14:56
  •  4 174

Müddəti bitən şəxsiyyət vəsiqəsi ilə bağlı Naxçıvan DİN-i məlumat yaydı

Müraciət etmək istəyənlər bu ünvana gələ bilər

Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi pasport qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yenisini almaq üçün 15 noyabr 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixədək (Bazar günləri istisna olmaqla) Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər.

Bu informasiyanı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi yayıb.

Müraciət etmək istəyənlər bu ünvana gələ bilərlər:

Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi-8 (Nərimanov rayonu Polis İdarəsinin yanı).

AzNews.az