Doqquz ayda 46 min 898 nikah rəsmiləşib Doqquz ayda 46 min 898 nikah rəsmiləşib
  • Toplum
  • 20 Noyabr 2019 12:30
  •  2 001

Azərbaycanda 9 ayda boşanan cütlüklərin sayı açıqlandı

Doqquz ayda 46 min 898 nikah rəsmiləşib

Dövlət Statistika Komitəsi demoqrafik göstəriciləri açıqlayıb.

Rəsmi hesabata görə, 2019-cu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,6 faiz artaraq oktyabrın 1-nə 10 milyon 44 min 466 nəfərə çatıb. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

Yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 104 min 702 doğulan körpə qeydə alıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqlarıdır.

Doqquz ayda 42 min 17 ölüm halı, 46 min 898 nikah, 12 min 713 boşanma rəsmiləşib.

Yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin daimi yaşamaq üçün 1520 nəfər gələn, 1196 nəfər gedən qeydə aldığı vurğulanır.

AzNews.az