Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib
  • Toplum
  • 22 Noyabr 2019 23:51
  •  2 110

Bakıda mənzildən qadın meyiti tapıldı

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Zülfüqarova Səlfinaz Hilal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az