Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir
  • Toplum
  • 26 Noyabr 2019 18:17
  •  1 862

Bakıda ağır qəza: hamilə qadın yaralandı

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir

Nərimanov rayonu Ağa Neymətulla küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində üç nəfər yaralanıb.

Səhiyyə Nazirliyi hadisə barədə məlumat yayıb.

Hadisə yerindən verilən məlumata görə, 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.(oxu.az)

AzNews.az