Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək
  • Toplum
  • 29 Noyabr 2019 18:24
  •  2 916

Havalar dəyişir - Xəbərdarlıq

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 2-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

AzNews.az