Polis hadisə ilə bağlı araşdırma aparır Polis hadisə ilə bağlı araşdırma aparır
  • Toplum
  • 9 Dekabr 2019 12:04
  •  1 839

Alovlanan talaşa ilə dolu qabı balkondan atdı, avtomobil yandı

Polis hadisə ilə bağlı araşdırma aparır

Türkiyənin Karabük ərazisində 2 mərtəbəli evdə yaşayan Hacer A. talaşa ilə benzini qarışdıraraq sobanı yandırmaq istəyən zaman bədbəxt hadisə baş verib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Fatih məhəlləsi, Musgen küçəsində baş verib.

Hacer A. evində sobanı yandırmaq üçün hazırladığı benzinlə qarışıq talaşanın olduğu qabı sobaya tökmək istəyən zaman alov qalxıb.

Həyəcanlanan Hacer A. alovlanan qabı balkondan aşağı atıb. Alovlanan qab aşağıda işlək vəziyyətdə olmayan maşının üstünə düşüb.

Hadisə şahidləri tez bir zamanda olay yerinə yanğınsöndürənləri çağırıblar.

Yanğın daha da böyümədən vətəndaşlar tərəfindən söndürülüb. Ancaq avtomobilin kapotuna ciddi ziyan dəyib.

Avtomobilin sahibi Özkan Çaylı Hacer A.-dan şikayətçi olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Səidə Vahid

AzNews.az