Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb
  • Toplum
  • 16 Dekabr 2019 10:21
  •  1 831

Bakıda nənə 16 yaşlı nəvəsi ilə birgə dəm qazından öldü

Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb

Bakıda iki nəfər dəm qazından boğulub.

Hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qeydə alınıb.

Orada yaşayan 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə və nəvəsi 2003-cü il təvəllüdlü Əminə Mirzəzadə evlərinin hamamında dəm qazından boğulublar.

Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az