Bəzi apteklərdə ümumiyyətlə satışda qoruyucu maskanın olmadığı bildirilib Bəzi apteklərdə ümumiyyətlə satışda qoruyucu maskanın olmadığı bildirilib
  • Toplum
  • 24 Fevral 2020 15:07
  •  2 248

Bakıda maska qıtlığı: Qiymət ikiqat bahalaşdı

Bəzi apteklərdə ümumiyyətlə satışda qoruyucu maskanın olmadığı bildirilib

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Bakı şəhərindəki apteklərdə qoruyucu maska iki dəfədən artıq bahalaşıb.

AzNews.az xəbər verir ki, Cebhe.info əməkdaşları bir neçə aptekdə monitorinq aparıb. Məlum olub ki, qiyməti 10 qəpik olan qoruyucu maskalar ən azı 25 qəpiyə təklif olunur. “Nizami” metrostansiyası ətrafındakı apteklərdən bildiriblər ki, bu, ən ucuz qiymətdir. Çünki şəhərin mərkəzin digər apteklər maskanı 50 qəpiyə satır.

Qeyd edək ki, söhbət qoruyucu funksiyası yüksək olmayan adi tibbi maskalardan gedir. Qoruyucu funksiyası yüksək olan tibbi maskaların qiyməti 20 manatdan başlanır. Bəzi apteklərdə ümumiyyətlə satışda qoruyucu maskanın olmadığı bildirilib.